Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Texnologiya » ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır
Texnologiya

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar.

BiG.AZ Financial Times-a istinadən xəbər verir ki, maraqlı məqam odur ki, bu məsələdə adətən bir-birinə zidd mövqelərdə olan Bernie Sanders və Steve Bannon kimi fiqurlar süni intellektə nəzarətin gücləndirilməsi çağırışında ortaq mövqeyə gəliblər. Eyni zamanda Anthropic, OpenAI və xAI şirkətlərinin rəhbərlərinin AI inkişafının koordinasiyalı şəkildə yavaşladılmasına dair xəbərdarlıqları Vaşinqtonda müzakirələri sürətləndirib.


ABŞ-da isə bu məsələ ilə bağlı hələ vahid qanunvericilik mövqeyi formalaşmayıb. Prezident Donald Trump daha sərt tənzimləmənin texnologiya sektorunun inkişafına mane ola biləcəyini bildirir.

Müəllif: İlkin Məmmədkərimov

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma