Məşhur aktyor Şafak Sezerin son halı görənləri kədərləndirib.
TRENDX.AZ xəbər verir ki, buna səbəb onun həddən artıq çəki itirməsidir.
"Kolpaçino", "G.O.R.A." və "Vizontele" kimi ekran işləri ilə sevilən 53 yaşlı aktyor son dərəcədə arıqlayıb.
Onun bu görünüşü sosial şəbəkələrdə sürətlə yayılaraq izləyicilər arasında həm maraq, həm də ciddi narahatlıq doğurub.
Xatırladaq ki, məşhur aktyor bir neçə gün əvvəl "Ketenpere: Dalavere" filminin təqdimat mərasimində də verdiyi çəkilərlə diqqət mərkəzində olub.
Haqqında çıxan şayiələrə "8 günə 8 kiloqram arıqladı" cavabını verən aktyorun son halı hamını xeyli düşünməyə vadar edib.![]()