Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Şou-biznes » 49 yaşlı aktyor təcili əməliyyat olundu - Ürəyinə stent qoyuldu
Şou-biznes

49 yaşlı aktyor təcili əməliyyat olundu - Ürəyinə stent qoyuldu

Aktyor Bülent Şakrak təcili olaraq əməliyyata alınıb.


TRENDX.AZ xəbər verir ki, buna səbəb aktyorun adi yoxlanış zamanı damarında yüksək dərəcədə tıxanıqlıq aşkarlanması olub.

Uğurlu keçən əməliyyatdan sonra aktyorun səhhətinin yaxşı olduğu bildirilib.

Bülent Şakrak xəstəxanaya gəlişinin tamamilə bir təsadüf olduğunu qeyd edib. Sevgilisinin rutin müayinələri üçün xəstəxanada olduqları vaxt özünün də müayinədən keçdiyini deyən aktyor, heç bir şikayətinin olmadığını vurğulayıb.

Aktyor həkiminin, "Bu, çox kritik bir vəziyyətdir, heç bir şikayətin olmasa belə mütləq müdaxilə edilməlidir" xəbərdarlığından sonra prosesin sürətlə icra olunduğunu bildirib.

Keçirilən əməliyyatla ürəyinə stent taxılan 49 yaşlı aktyor, müalicə mərhələsinin uğurla tamamlandığını açıqlayıb.

"Artıq stentliyəm, amma yaxşıyam" -deyə o bildirib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma