Kömək Mərkəzi
Trendx.az-dan necə istifadə edəcəyinizi bilmirsiniz? Ən çox verilən suallara aşağıda cavab tapa bilərsiniz.
Qeydiyyat necə keçirilir?
Header-dəki "Giriş" düyməsinə basıb açılan pəncərədən "Qeydiyyat" keçidinə klikləyin. İstifadəçi adı, e-poçt və şifrənizi daxil etməniz kifayətdir. Qeydiyyatdan sonra xəbərləri bəyənə, şərh yaza və öz yazılarınızı əlavə edə bilərsiniz.
Necə yazı əlavə edə bilərəm?
Daxil olduqdan sonra sağ-alt küncdəki (masaüstündə) və ya aşağı naviqasiya panelindəki (mobil) "Yeni yazı" düyməsinə basın. Başlıq, kateqoriya, şəkil və mətninizi doldurub dərc edə bilərsiniz.
Xəbəri necə sevimlilərə əlavə edərəm?
Hər xəbər kartının altındakı ürək ikonuna basın — xəbər dərhal sevimlilərinizə əlavə olunur, ürək qırmızı rəngə keçir. Yenidən basmaqla sevimlilərdən çıxara bilərsiniz.
Xəbəri necə paylaşa bilərəm?
Hər kartın altındakı paylaşım ikonuna basın. Telefonda cihazınızın öz paylaşma menyusu açılır, kompüterdə isə keçid avtomatik kopyalanır və bildiriş göstərilir.
Qaranlıq/işıqlı rejimi necə dəyişirəm?
Header-dəki günəş/ay ikonuna basaraq istənilən vaxt qaranlıq və işıqlı rejim arasında keçid edə bilərsiniz. Seçiminiz brauzerinizdə yadda saxlanılır.
Trendx Ekosistemi nədir?
Trendx.az — Milyon.az (pulsuz elanlar), Turbin.az (avtomobil satışı), Tapgedek.com (turizm və əyləncə) və Mywap.az (developer forum) saytlarının baş platformasıdır. Header-dəki kvadratlar ikonuna basaraq bütün bacı saytlara birbaşa keçid edə bilərsiniz.
Axtarış necə işləyir?
Header-dəki axtarış qutusuna yazmağa başlayan kimi uyğun xəbərlər avtomatik təklif olunur. "Axtar" düyməsinə basaraq bütün nəticələri görə bilərsiniz.
Şifrəmi unutmuşam, nə etməliyəm?
Giriş pəncərəsindəki "Şifrəni unutmusan?" keçidinə basın, qeydiyyatdan keçdiyiniz e-poçt ünvanını daxil edin — sizə şifrəni bərpa etmək üçün keçid göndəriləcək.
Sualınıza cavab tapmadınız?
Bizimlə birbaşa əlaqə saxlayın, ən qısa zamanda cavab verəcəyik.
Əlaqə formasına keçid