Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video
Sosial

“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video

Şəkidə iki gəncin ölümü ilə nəticələnən dəhşətli ziplayn qəzasından sonra “Şəki yaylası” istirahət mərkəzi qırılma iddiaları ilə bağlı görüntülər yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisədən sonra səslənən ittihamlara istirahət mərkəzinin “Instagram” səhifəsində yayımlanan video vasitəsilə cavab verilib.

Görüntülərdə danışan mərkəz nümayəndəsi ziplayn xətlərində hər hansı qırılmanın olmadığını iddia edib:

“Ziplayn xətlərində qırılma yoxdur. Xətlər böyük hündürlükdən keçdiyi üçün həmin ərazidə sərt külək və burulğanlar yaranır. Dalğalanmalar nəticəsində xətlər böyük yük altında olmasına baxmayaraq yatağından çıxıb. Lakin bu xətlər sağlam formada dəmir hissəciklərə və beton maneələrə bağlanıb. Ziplaynın özünü kilidləmə mexanizmi var və yalnız 90 dərəcə dəyişəndən sonra açılır. Bu hadisənin necə baş verdiyi bizim üçün də qaranlıqdır. Ekstrim idman növü olduğu üçün belə bir acı təcrübə ilə ilk dəfə qarşılaşırıq”.

Mərkəz rəsmisi həmçinin əlavə edib ki, ziplaynın gəliş və gediş xətləri eyni qülləyə bərkidilib.

Daha ətraflı videoda:

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma