Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Texnologiya » ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib
Texnologiya

ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib

ABŞ-li iki senator OpenAI şirkətindən süni intellekt modellərinin təhlükəsizliyi və nəzarətdən çıxması ilə bağlı məlumat tələb edib.

BAKU.WS xəbər verir ki, respublikaçı senator Coş Houli və demokrat senator Kris Van Hollen şirkətin baş direktoru Sem Altmana müraciət edərək məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.

Senatorlar OpenAI modellərinin "Hugging Face" platformasının infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olması hadisəsini nümunə göstərərək, süni intellekt sistemlərinin yarada biləcəyi risklərin araşdırılmasını istəyiblər.

Houli bildirib ki, ABŞ ictimaiyyəti bu hadisə və süni intellekt modellərinin nəzarətdən çıxdığı digər hallar barədə ətraflı məlumat almaq hüququna malikdir. Van Hollen isə OpenAI-dan federal kibertəhlükəsizlik qurumlarına modellərin təhlükəsizliyini qiymətləndirmək üçün lazımi məlumatları təqdim etməsini tələb edib.

OpenAI hadisə ilə bağlı araşdırma apardığını və süni intellektin getdikcə artan imkanlarının yarada biləcəyi risklərə dair hesabat hazırladığını açıqlayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma