Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Polislər dalaşıb bir-birini güllələdi - Gürcüstanda
Son xəbərlər

Polislər dalaşıb bir-birini güllələdi - Gürcüstanda

Polislər dalaşıb bir-birini güllələdi - Gürcüstanda


Gürcüstanın Tsager rayonunda, Lacana kəndində polislər arasında atışma baş verib.

MAY.AZ-ın "İnterfax"-a istinadən verdiyi xəbər görə, noyabrın 26-da baş verən hadisə nəticəsində iki polis ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata əsasən, polislər bir-birini güllələyib. Hər ikiisi Ədalət Evinin ictimai mərkəzinin binasının keşikçisi olub. Aralarında yaranan münaqişə zamanı polislər xidməti silahlarını çıxarıb bir-birinə atəş açıblar.

Onlardan biri elə hadisə yerində keçinib, digəri isə xəstəxanada dünyasını dəyişib.

Polisləri dayandırmağa çalışarkən güllə yarası alan şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Faktla bağlı istintaq aparılır.

Natəvan Baxşiyeva
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma