Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətDigər
Trendx » Gündəm » Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Gündəm

Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışın anbaan görüntüləri yayılıb.

BAKU.WS APA-ya istinadən həmin kadrları təqdim edir:


*** 11:39

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ölən şəxs 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.

Hadisə zamanı evdə 4 nəfər - ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.

Ailənin daha bir üzvü isə dağıntılar altından sağ çıxarılıb.


***10:44

Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив