Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Digər » İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Digər

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. "

Gender(kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən, işə qəbul zamanı işaxtaranın ailə vəziyyəti və şəxsi həyatı barədə məlumatların sorğulanmasına yol verilmir. Bəs namizəd şəxsi məlumatlarını təqdim etməkdən imtina edə bilərmi?
İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Babək Həmidov suallarımıza aydınlıq gətirib:


"Əmək məcəlləsi üzrə işəgötürənin vəzifələrini və hüquqlarını , o cümlədən işçinin hüquqlarını və vəzifələrini müəyyən etmək üçün müəyyən şəxsi həyata dair suallar verilə bilər, hətta ailə həyatına dair suallar verilə bilər. Çünki şəxsin hansı sosial qrupa aid olması, o cümlədən şəxsin ailəsində müavinət alan varmı, sağlamlıq imkanları məhdud olan şəxslər varmı və onlar hansı kateqoriyaya daxildirlər, onlara xidmət göstərən varmı? Bu kimi suallar ilkin baxışda şəxsi suallar kimi görünsə də, nəticə etibarilə işəgötürənin qanunvericiliklə müəyyən edilən vəzifələrini yerinə yetirməsi üçün vacib olan məlumatlardır ki, həmin işçiyə qarşı sonradan hər hansı bir işçinin hüquqlarını pozacaq hərəkətlərə yol verməsin. Çünki ixtisara salınan şəxslər arasında ixtisara salına bilməyən şəxslərin kateqoriyasında müəyyən şəxslər var ki, onlar konkret olaraq o kimi şəxslərin mövcudluğunu onlara şəxsi, ailə həyatına dair suallar verməklə əldə etmək mümkündür"

Vəkil həmçinin onu da əlavə edib ki, burada işəgötürənin məqsədi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu məsələdə işəgötürənin sualı hansı məqsədlə verdiyi əsas məqamlardan biridir:

"İşəgötürənin məqsədi əmək məcəlləsindən irəli gələn hüquqları həyata keçirməkdirsə, bəli soruşula bilər. Əgər işəgötürənin məqsədi bu sadaladığım məqsədlərdən qeyri bir məqsəddirsə, xeyir tələb edilə bilməz. Məsələn şəxsin evli olub-olmadığı, himayəsində uşağın olub-olmadığı, şəxsin ailə üzvləri arasında fəaliyyət qabiliyyəti olanların olub-olmaması, sağlamlıq imkanlarının məhdud olub-olmadığını müəyyən etmək üçün verilən suallar ağılabatan suallardır. Amma şəxsin məsələn sevgilisi varmı, əvvəllər evli olubdurmu və yaxud da ki, digər bu kimi suallar artıq onun şəxsi həyatına dair birbaşa suallardır və əmək qanunvericiliyi üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Ona görə də bu kimi sualların verilməsi məqsədə uyğun deyil, yəni qeyd edilən məqsədlərdən kənardır artıq və o sualları da şəxslər cavablandırmaya bilərlər".

Lalə Məmmədova

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma