Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ruhani Trampa xəbərdarlıq edib: "Şirin quyruğu ilə oynama…"
Son xəbərlər

Ruhani Trampa xəbərdarlıq edib: "Şirin quyruğu ilə oynama…"

Ruhani Trampa xəbərdarlıq edib: "Şirin quyruğu ilə oynama…"


İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.

MAY.AZ-ın apa.az-a istinadən məlumatına görə, bu barədə İran dövlət başçısının saytında məlumat yerləşdirilib.

H. Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız”.

Qeyd edək ki, bundan əvvəl ABŞ bütün müttəfiqlərini bu ilin noyabr ayından İrandan neft alınmasını dayandırmağa çağırıb. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir, bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.

İran ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zaman Tehran bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq. Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır. Xüsusən Bəhreyn, Qətər və Küveyt neftini yalnız bu boğaz vasitəsi ilə dünya bazarlarına çıxarır. Hörmüz boğazından keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma