Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək"
Dünya

Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar qüvvələri Hörmüz boğazında mina qoyulmasına yol verməyəcək.

TRENDX.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"ABŞ Hərbi Dəniz Qüvvələri məni indicə məlumatlandırdı ki, Hörmüz boğazının beynəlxalq sularındakı bütün minalar çıxarılıb və ya partladılıb. İrana yeni mina qoyan hər hansı gəminin və ya qayığın dərhal və sistemli şəkildə məhv ediləcəyi barədə xəbərdarlıq edilib", - deyə o vurğulayıb.

"Mina qoyulmasına qarşı "sıfır dözüm siyasəti" tam qüvvədədir", - deyə amerikalı lider əlavə edib. O, daha əvvəl də dəfələrlə boğazın tamamilə minalardan təmizləndiyini bəyan edib.

Tramp vurğulayıb ki, ABŞ Kosmik Qüvvələri Hörmüz boğazının, Kolanq-Qaz-La dağının və İrandakı "artıq məhv edilmiş digər üç nüvə obyektinin" hərtərəfli müşahidəsini təmin edir. 2025-ci ilin iyununda ABŞ İsfahan, Natanz və Fordodakı İran nüvə obyektlərinə zərbələr endirmişdi.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma