Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər
Dünya

Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər

Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

TRENDX.AZ "Report"a istinadən xəbər verir ki, N. Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", - o bildirib.

Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib:

"Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım".

Xatırladaq ki, İran Hörmüz boğazında sərbəst gəmiçiliyinin təminatı üçün gələcəkdə əlavə rüsumlar tələb edir və bu su yolunun ödənişli olması üçün Omandan da Tehrana həmrəylik ifadə olunub. Beynəlxalq Dəniz Təşkilatı (BDT) isə Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılmasını mümkün sayır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma