Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sumqayıtda baş verən partlayışın hadisə şahidləri DANIŞDILAR
Son xəbərlər

Sumqayıtda baş verən partlayışın hadisə şahidləri DANIŞDILAR

"Partlayış baş verən evə ən birinci mən girmişəm. İçəridə sıxılı vəziyyətdə qalan var idi".

Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla bağlı Baku TV-yə danışarkən hadisə şahidi deyib.

Sakin əlavə edib ki, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar və evdəki hər kəs xilas edilib.

Başqa bir hadisə şahidi isə partlayışın necə baş verməsi barədə danışıb:

"Yemək yeyib mətbəxdən çıxanda partlayış oldu. Zərbə sinəmi tutdu, qolum sıyrıldı. Özümü qorumağa çalışdım, başımı qaldıranda gördüm ki, hər şey çöküb. Binadan məni, atamı, anamı və dörd qonşumuzu çıxardılar".

Partlayış nəticəsində ətrafdakı binaya və onun qarşısındakı bir neçə avtomobilə də ziyan dəyib.

Daha ətraflı Baku TV-nin materialında:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma