Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » UEFA Avropa Liqası: I tur görüşlərindən sonra turnir cədvəlində vəziyyət
Son xəbərlər

UEFA Avropa Liqası: I tur görüşlərindən sonra turnir cədvəlində vəziyyət

UEFA Avropa Liqasının Liqa mərhələsinin birinci turu başa çatdıqdan sonra komandaların turnir cədvəlindəki yerləri bəlli olub.

Oxu.Az xəbər verir ki, hərəyə üç xalı olan "Ayaks", FCSB, "Latsio", "Tottenhem", "Qalatasaray", "Reyncers", "Slavia Praqa", "Lion", "AZ Alkmar", "Bodo Qlimt", "Anderlext", "Braqa" və "Fənərbağça" 1-13-cü yerləri bölüşürlər.

Hərəyə bir xalı olan "Viktoria Plzen", "Frankfurt", "Atletik Bilbao", "Hoffenhaym", "Real Sosyedad", "Tvente", "Mançester Yunayted", "Midtyulland", "Nitsa" və "Roma" isə 14-23-cü pillələrdə qərarlaşıblar.

Xalsız olan "Elfsborq", "Porto", "Ferentsvaroş", "Makkabi Təl-Əviv", "Yunion", PAOK, "Ludoqorets", "Malmö", "Olimpiakos", RFŞ, "Dinamo Kiyev", "Qarabağ" və "Beşiktaş" isə 24-36-cı yerləri bölüşürlər.

Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci turuna oktyabr ayının 3-də start veriləcək. Təmsilçimiz "Qarabağ" doğma meydanda "Malmö" klubunu qəbul edəcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma