Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı
Maraqlı / Lifestyle

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub.

Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik, təhsil və infrastruktur göstəricilərinin hər birindən maksimum - 100 bal toplayaraq birinci yeri tutub.

Siyahıda ikinci yerdə 97 balla Avstriyanın paytaxtı Vyana qərarlaşıb.

Avstraliyanın Melburn və Sidney şəhərləri hərəyə 97 balla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə yer alıblar.

İlk beşliyi isə 96 balla İsveçrənin Sürix şəhəri tamamlayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma