Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
Son xəbərlər

21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı

Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binada baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.

O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən qız nişanlı imiş, toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma