Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Cəbrayılda mina partladı, xəsarət alan var
Son xəbərlər

Cəbrayılda mina partladı, xəsarət alan var

Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma