Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Kişi bayram namazında öldü
Son xəbərlər

Kişi bayram namazında öldü

Türkiyədə kişi bayram namazında dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Bursanın İnegöl mahalının Yunus Əmrə rayonundakı Hüdai məscidinə bayram namazı qılmaq üçün gedən 70 yaşlı Ehliman Bayramın xütbə oxunan zamanı halı pisləşib.


Oturduğu yerdə yıxılan Bayrama məscid camaatı ilkin tibbi yardım göstərib. Xəbər üzərinə gələn həkim qrupları infarkt keçirdiyi müəyyən edilən Ehliman Bayrama ürək masajı edib.

Dayanan ürəyi yenidən işə salınan Bayram təcili yardımla aparıldığı İnegöl Dövlət Xəstəxanasında dünyasını dəyişib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma