Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Gecə klubunda ATIŞMA: ölən var
Son xəbərlər

Gecə klubunda ATIŞMA: ölən var

Türkiyədə gecə klublarından birində silahlı insident olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında İspartanın Gülistan məhəlləsində yerləşən gecə klubunda baş verib.

Məlumata görə, Qalip K. ilə 39 yaşlı Mehmet Çuhadar arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirə qısa müddətdə davaya çevrildikdən sonra Qalip K. Mehmet Çuhadara atəş açıb.

Xəbər üzərinə hadisə yerinə həkim və polis qrupları sövq edilib. Həkimlərin ilk müdaxiləsindən sonra Çuhadarın hadisə yerində öldüyü təyin olunub.

Polis qruplarının təhlükəsizlik tədbirləri gördüyü gecə klubu bağlanıb. Hadisə yeri araşdırma qrupları və prokurorluq araşdırma etdikdən sonra Mehmet Çuhadarın cəsədi yarılma üçün xəstəxana meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma