Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya baş çəkiblər
Son xəbərlər

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya baş çəkiblər

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.


BiG.AZ xəbər verir ki, bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.


Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib: "Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar", – səfirlikdən bildiriblər.


Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.


Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiyanın qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.


Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma