Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər
Son xəbərlər

2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyib.


O, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.


"Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur və bu arzu sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçməlidir", - Modi deyib.


Qeyd edək ki, 2036-cı il Olimpiya və Paralimpiya Oyunları Hindistanda keçiriləcək bu səviyyəli ilk yarış ola bilər.
Xatırladaq ki, daha əvvəl Meksika, Türkiyə, İndoneziya və Polşa da 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma