Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Benzema da Ronaldunun ardınca Ərəbistana gedir
Son xəbərlər

Benzema da Ronaldunun ardınca Ərəbistana gedir

Madrid "Real"ının fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanındakı klublardan birində davam etdirə bilər.
Bu barədə "Todofichajes" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, forvard Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin göndərildiyi vurğulanıb.
Benzemanın klub qeydiyyatını gələn yay dəyişə biləcəyi qeyd olunur. 35 yaşlı futbolçunun "Real"la anlaşması cari mövsümün sonuna kimi hesablanıb. Eyni zamanda, klubu onunla yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və üç məhsuldar ötürmə edib.
Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Klubla birlikdə futbolçu beşi Çempionlar Liqası kuboku olmaqla, 23 kubok qazanıb. 2022-ci ildə forvard "Qızıl top"un sahibi olub./Oxu.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma