Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » İdman » "Qalatasaray" rusiyalı futbolçu üçün rəsmi danışıqlara başlayıb
İdman

"Qalatasaray" rusiyalı futbolçu üçün rəsmi danışıqlara başlayıb

Türkiyənin "Qalatasaray" klubu Moskvanın "Lokomotiv" komandasında çıxış edən Aleksey Batrakovun transferi üçün rəsmi danışıqlara başlayıb.


TRENDX.AZ xəbər verir ki, bu barədə türkiyəli jurnalist Səfa Kaan Öztürk sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi axtarışında diqqətini Rusiya bazarına yönəldib. Bildirilir ki, "Qalatasaray" 21 yaşlı futbolçunun transferi ilə bağlı "Lokomotiv"lə rəsmi danışıqlara start verib.

Mənbənin iddiasına əsasən, Batrakov hazırda Fransa təmsilçisi "Strasburq"un yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet namizəd hesab olunur.

Aleksey Batrakov ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 28 milyon avro qiymətləndirir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma