Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Şou-biznes » Şakiranın 29 il əvvəlki FOTOSU yenidən gündəm oldu
Şou-biznes

Şakiranın 29 il əvvəlki FOTOSU yenidən gündəm oldu

Kolumbiyalı müğənni Şakira illər əvvəl internetdə məşhur olan fotosunu yenidən canlandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi 1997-ci ildə çəkilmiş fotodakı kimi iş masasının arxasında, printerin yanında eyni poza ilə yenidən şəkil çəkdirib.


Məşhur fotonu 1997-ci ilin iyununda fotomüxbir Oskar Berrokal Kolumbiyanın Barrankilya şəhərində yerləşən "El Heraldo" qəzetinin redaksiyasında çəkib. Həmin vaxt 20 yaşı olan Şakira "Pies Descalzos" albomunun uğurundan sonra sürətlə tanınmağa başlayırdı.

Fotosessiya zamanı Şakira kompüterdə işləyirmiş kimi poz verib. Lakin illər sonra sosial şəbəkə istifadəçiləri şəkildəki kompüter monitorunun sönülü olduğunun fərqinə varıblar.

Təxminən 29 il sonra Şakira həmin fotonu eyni formada yenidən çəkdirib. Onun paylaşımı pərəstişkarları tərəfindən maraqla qarşılanıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma