Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Londonda gənc Pikassonun 26 milyon dollarlıq rəsminə ziyan vurdu
---

Londonda gənc Pikassonun 26 milyon dollarlıq rəsminə ziyan vurdu

Londonda gənc Pikassonun 26 milyon dollarlıq rəsminə ziyan vurdu


Londonda gənc Pablo Pikassonun (1881-1973) “Teyt” Müasir Qalereyasında nümayiş etdirilən və dəyəri 20 milyon funt sterlinq (26 milyon dollar) olan rəsm əsərinə ziyan vurub.

“Report” tass-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunub ki, hadisə şənbə günü baş verib. İddiaya əsasən 20 yaşlı Şakil Massi, 1944-cü ildə sənətçinin sevgilisi Dora Maarın canlandırdığı “Qadının büstü” adlı rəsm əsərini kəsib.

Artıq gənc sənət əsərinə ziyan vurmaqda ittiham edilərək saxlanılıb. Şakil Massi isə öz növbəsində ittihamları rədd edib.

Məhkəmə həmçinin Massini girov müqabilində sərbəst buraxmaqdan da imtina edib. Beləliklə, 30 yanvar tarixinə təyin edilən məhkəmə prosesində gənc barəsində həbs qətimkan tədbiri seçiləcək.

Rəsm əsəri isə ekspozisiyadan çıxarılıb, ona dəyən zərərin miqdarı müəyyənləşdirilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma