Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Dünya

Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi

Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib.


TRENDX.AZ xəbər verir ki, ekran əsəri hazırda dünya kinoteatrlarında böyük maraqla qarşılanır və gəlirlərinə görə yalnız "Hörümçək adam: Yeni gün" filmindən geri qalır.

Bununla da "Odisseya" 2026-cı ildə 1 milyard dollar gəlir həddini keçən beşinci film olub. Eyni zamanda ekran əsəri Nolanın "Oppenheymer" filmini geridə qoyaraq rejissorun karyerasında ən çox gəlir gətirən üç film sırasına daxil olub.

Kino analitiklərinin proqnozuna görə, "Odisseya"nın ümumi kassa gəlirlərinin 1,5 milyard dollara çatacağı gözlənilir. Bununla belə, filmin 2026-cı ilin ən çox gəlir əldə edən ekran əsəri olması ehtimal edilmir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma