Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 1 % artırıb
---

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 1 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 90,221 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Təkcə avqust ayında Türkiyə Azərbaycana 11,18 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9 % azdır.

8 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,1 % artaraq 8,736 milyard ABŞ dollarına, avqust ayında isə 2 % artaraq 1,1 milyard ABŞ dollarına çatıb.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma