Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb
Sosial

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 5 762 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.


TRENDX.AZ "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Qeydiyyata alınmış əmlaklardan 2 587-si torpaq sahəsi, 2 169-u fərdi yaşayış və bağ evi, 723-ü mənzil, 142-si qeyri-yaşayış sahəsi, 134-ü qeyri-yaşayış binası, 7-si isə əmlak kompleksidir.

6 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,2 milyon manat xidmət haqqı toplanıb. Bu da 1 il əvvələ nisbətən 63,6 min manat və yaxud 5,5 % çoxdur.

Bundan başqa, hesabat dövründə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofislərindən Dövlət Xidmətinə 6 522 elektron müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma