Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Pezeşkian: "Hicab məsələsi zorla həll oluna bilməz"
---

Pezeşkian: "Hicab məsələsi zorla həll oluna bilməz"

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Pezeşkian vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğrudur. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həll olunmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma