Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İran Prezidenti Pezeşkian: "Danışıqlara açığıq, amma tiranlığa boyun əymərik"
---

İran Prezidenti Pezeşkian: "Danışıqlara açığıq, amma tiranlığa boyun əymərik"

İran Prezidenti Məsud Pezeşkian İlam vilayətinə səfəri zamanı ABŞ-la nüvə danışıqları və Tehrana yönələn hücum təhdidləri ilə bağlı mühüm açıqlamalar verib.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, Pezeşkian çıxışı zamanı bildirib:
"Biz danışıqlar aparacağıq, lakin heç vaxt tiranlığa boyun əyməyəcəyik. Bizə ‘nüvə mövzularında araşdırma aparmağa haqqınız yoxdur’ deyilməməlidir. Nüvə sahəsində hüquqi və elmi hüquqlarımız qorunduğu müddətcə irəliləyiş mümkündür."

Prezident həmçinin İran daxilində birliyin vacibliyini vurğulayıb:
"Əgər biz fikir ayrılıqlarımızı bir kənara qoyub birləşsək, düşmənlər bu torpaqlara göz dikə bilməz. Onların məqsədi aramızda nifaq salmaq və yaranan xaosdan istifadə edərək bizə hücum etməkdir".

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma