Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İsrail səfərbərlik elan etdi
---

İsrail səfərbərlik elan etdi

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin "Ynet" portalı məlumat verib.

"İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı", - deyə məlumatda bildirilib.

SAXAL, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə də hazırlığı artırır. Bundan əlavə, Fələstin şəhərlərinin ətrafında kordon qurulur və bölgədə qüvvələrin mövcudluğu gücləndirilir.

Xatırladaq ki, ötən gecə İsrail ordusu məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan "Am Kelavi" ("Aslan kimi millət") əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə hücum edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma