Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Puqaçovanın yeni mahnıları araşdırılacaq
---

Puqaçovanın yeni mahnıları araşdırılacaq

Rusiyanın Xalq artisti Alla Puqaçov aprelin 1-də iki yeni mahnısını - "Mama" və "Müharibənin öpüşləri"ni təqdim edib.


Axşam.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin hesab edir ki, Puqaçovanın "Mama" mahnısı xüsusi hərbi əməliyyatı gözdən salmaq üçün yoxlanılmalıdır. Sözügedən bəstənin sözlərinin müəllifi A.Puqaçovanın özüdür. Mahnıda müharibədə həlak olmuş əsgərlə ananın dialoqunu öz əksini tapıb.


Borodin, artıq Baş Prokurorluğa məsələ ilə bağlı müraciət edib və mahnıların araşdırılmasını tələb edib.


"Biz vaxtından əvvəl danışmayacağıq, amma ekspertizada diskreditasiya aşkar olunarsa, o zaman Puqaçova diskreditasiyaya görə məsuliyyətə cəlb olunacaq" deyə, o, açıqlamasında vurğulayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma