Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Yaponiya holdinqi süni intellekt parklarına 1 trilyon dollardan çox sərmayə qoyacaq
---

Yaponiya holdinqi süni intellekt parklarına 1 trilyon dollardan çox sərmayə qoyacaq

Yaponiyanın "SoftBank" qrupu ABŞ-da süni intellekt (AI) sənaye parkları yaratmağı planlaşdırır və 1 trilyon dollardan çox investisiya yatırmağı düşünür.


"Report" xəbər verir ki, bu barədə "Nikkei" biznes qəzeti yazıb.


"SoftBank"ın təsisçisi və icraçı direktoru Masayoşi Sonun ölkədə işçi çatışmazlığını aradan qaldırmaq üçün avtonom süni intellekt robotlarından istifadə edəcək parklar haqqında fikirlərini müzakirə etmək üçün ABŞ-yə səfər edəcəyi gözlənilir.


Yanvarda məlum olub ki, yapon şirkəti və onun Amerikanın "OpenAI", "Oracle" və BƏƏ dövlət investisiya şirkəti "MGX" formasında tərəfdaşları "ChatGPT"nin tərtibatçısı üçün ABŞ-də məlumat mərkəzlərinin tikintisinə dörd il ərzində 500 milyard dollara qədər sərmayə qoyacaqlar.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma