Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Deha" serialının çəkilişində bədbəxt hadisə: Aras Bulut İynemli təcili əməliyyat olundu
---

"Deha" serialının çəkilişində bədbəxt hadisə: Aras Bulut İynemli təcili əməliyyat olundu

Türkiyənin məşhur "Deha" serialının çəkilişləri zamanı bədbəxt hadisə baş verib. Belə ki, baş rol ifaçısı Aras Bulut İynemlinin ayağı burxulub və topuqdan sınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.

Bildirilir ki, xəstəxanaya yerləşdirilən aktyor müayinə edildikdən sonra təcili əməliyyat olunub.

"Əməliyyat uğurla keçib. İynemli hazırda istirahətdədir və ən qısa zamanda serialın çəkilişlərinə qayıtmağı gözləyir", - xəbərdə deyilir.

Aktyorun sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumatlar verilməyib.

Qeyd edək ki, 33 yaşlı Aras Bulut İynemli Türkiyədə son illərin ən populyar aktyorlarından biridir. O, "Çukur", "Muhteşem Yüzyıl: Kösem", "Maral: En Güzel Hikayem" kimi məşhur seriallarda rol alıb. Hazırda isə rejissorluğunu Umut Aralın həyata keçirdiyi, ssenarisini Damla Serimin yazdığı "Deha" serialında "Devran Karan" obrazını canlandırır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma