Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Avropa Birliyində doğum nisbəti rekord dərəcədə aşağı düşüb
---

Avropa Birliyində doğum nisbəti rekord dərəcədə aşağı düşüb

Avropa İttifaqının 12 ölkəsində Ukraynadakı münaqişə səbəbindən çox aşağı doğum səviyyəsi müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Məlumata görə, Almaniyada bu problem xüsusilə kəskin müşahidə olunur.

2023-cü ildə Almaniyada doğuş nisbəti bir qadına 1,35 uşaq səviyyəsində olub ki, bu da BMT-nin "ultra aşağı" həddi olan 1,4 səviyyəsindən də azdır.

Məqalə müəllifləri vurğulayırlar ki, Estoniya və Avstriya, eləcə də İspaniya, Yunanıstan və İtaliyanın göstəriciləri də müəyyən edilmiş həddən aşağı düşüb. Bildirilir ki, avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı narahatlıq səbəbindən uşaq sahibi olmaqdan imtina edirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma