Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Yeni il bayramı ərəfəsində bazarlarda QİYMƏTLƏR
---

Yeni il bayramı ərəfəsində bazarlarda QİYMƏTLƏR

Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib. Hazırda bazarda quzu ətinin 1 kiloqramı 22-23 manata, hind quşu ətinin 1 kiloqramı isə 14-19 manata təklif edilir.

Meyvələrə gəlincə, alma 1 manatdan başlayır. Cənub bölgəsinə yağan qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.50 manata, portağal 2.50-3 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2-3 manata satılır. Qızıləhmədi almasının kiloqramı 4.50 manatadır. Ananasın qiyməti isə 5-6 manat civarındadır.

Ətraflı süjetdə:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma