Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətDigərKinolar
Trendx » Sosial » Ətin qiyməti BAHALAŞDI? Quzu ətində SON QİYMƏTLƏR AÇIQLANDI
Sosial

Ətin qiyməti BAHALAŞDI? Quzu ətində SON QİYMƏTLƏR AÇIQLANDI

Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir.


Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə, bu növ ət daha yumşaq quruluşa və özünəməxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir.

Qiymətlərdəki fərq istehlakçıların alış vərdişlərinə də təsir göstərib. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir.

Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsul qıtlığının qarşısını alıb. Əks halda, yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma