Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq
---

Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq

8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq Meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.

Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq.

Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.

Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma