Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » Bu gün Türkiyənin Zəfər Bayramı günüdür
Dünya

Bu gün Türkiyənin Zəfər Bayramı günüdür

Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.

TRENDX.AZ xəbər verir ki, 104 il əvvəl yəni, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Bu qələbə türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi olub - xarici qüvvələr Türkiyə ərazisindən çıxarılıb və tezliklə Cümhuriyyət elan edilib.

Dövlət bayramı münasibətilə qardaş ölkənin bütün vilayətlərində tədbirlər - yürüşlər, konsertlər, toplantılar, pilotların uçuşları təşkil olunur.

Yunan qoşunları İzmirə qədər təqib edilib, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulub. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir.

İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma