Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı
---

Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah Gülən təbii səbəblərdən ölüb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun həkimi, ABŞ-də Müqəddəs Luka Universitetinin Tibb Mərkəzinin həkimi Doktor Duqlas Deqler özünün sosial şəbəkə hesabından xəbər verib.

O, FETÖ rəhbərinin mərkəzin Monro Kampusunda vəfat etdiyini əlavə edib.

"F.Gülən burada stasionar xəstə olaraq multidissiplinar bir komanda tərəfindən müalicə olunurdu", - deyə həkim bildirib.

Qeyd edək ki, FETÖ-nün mətbuat orqanları onun 4 gün xəstəxanada yatdığını vurğulayıblar.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma