Türkiyədə uzun illər böyük maraqla izlənilən "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı yeni araşdırma başladılıb.
BAKU.WS xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada baş verən şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində serialı da araşdırma predmetinə çevirib.
Məlumata görə, ekran işində FETÖ təbliğatının olub-olmaması ilə bağlı xüsusi araşdırma aparılması qərara alınıb. Bunun üçün müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.
Ekspertlər serialın süjet xəttini, dialoqlarını və mümkün gizli mesajlarını təhlil edəcəklər. Araşdırmanın əsas məqsədi serialın ayrı-ayrı bölümlərində təşkilati göstəriş və ya mesajların yer alıb-almadığını, həmçinin layihə ilə FETÖ arasında hər hansı əlaqənin olub-olmadığını müəyyənləşdirməkdir.
Araşdırmanın nəticələri hazırlanacaq ekspertiza hesabatından sonra məlum olacaq. Hüquqi proses isə davam edir.