Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Sabunçu keçidi"ni su basması nəticəsində xəsarət alanlar var?
---

"Sabunçu keçidi"ni su basması nəticəsində xəsarət alanlar var?

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində iki nəfərin batması iddiası ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.

Bu barədə Oxu.Az-a videogörüntü daxil olub.

"Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma