Lökbatanda taksi ilə avtobusunun toqquşmasında yaralananların SON DURUMU
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində taksi ilə avtobusunun toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
TRENDX.AZ xəbər verir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, iyunun 22-də saat 14:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Lökbatan qəsəbəsi, dəmiryol keçidinin yanından çağırış qeydə alınıb:
"Çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
***14:46
Lökbatanda qəza baş verib.
TRENDX.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, taksi sərnişin avtobusu ilə toqquşub
