Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Pavel Durov: "Telegram" əvvəl də cinayətkarların məlumatlarını müvafiq qurumlara təqdim edib"
---

Pavel Durov: "Telegram" əvvəl də cinayətkarların məlumatlarını müvafiq qurumlara təqdim edib"

"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov ötən həftə verdiyi açıqlamaya aydınlıq gətirib.

Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verib.

Xatırladaq ki, o, sentyabrın 23-də verdiyi açıqlamada qeyd etmişdi ki, "Telegram" IP ünvanları və telefon nömrələrini hüquq-mühafizə orqanlarına təqdim edə bilər.

Bu gün isə Pavel Durov ötən həftə verdiyi açıqlamaya yenidən qayıdıb və bildirib ki, şirkət hər zaman, təhlükəli cinayətkarların məlumatlarını, onların telefon nömrələrini və IP ünvanlarını qanunvericiliyin tələblərini nəzərə almaqla müvafiq qurumlara verib.

"Əslində çox az şey dəyişib: 2018-ci ildən bəri "Telegram" cinayətkarların IP ünvanlarını və telefon nömrələrini hakimiyyət orqanlarına təqdim edə bilib. Müvafiq kanallar vasitəsilə etibarlı hüquqi sorğu alanda biz onu yoxlayaraq təhlükəli cinayətkarların IP ünvanlarını və telefon nömrələrini təqdim etmişik", - deyə P.Durov vurğulayıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma