Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Haber Global" 44 günlük müharibənin ildönümü ilə əlaqədar reportaj hazırladı
---

"Haber Global" 44 günlük müharibənin ildönümü ilə əlaqədar reportaj hazırladı

Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının dördüncü ildönümünü qeyd edir. Bununla əlaqədar bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.

Oxu.Az-ın verdiyi məlumata görə, Türkiyənin nüfuzlu "Haber Global" kanalı 44 günlük müharibənin ildönümü ilə əlaqədar reportaj hazırlayıb.

Reportajda bildirilib ki, azərbaycanlılar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə səhər erkən saatlardan etibarən II Şəhidlər xiyabanını ziyarətə yollanıblar.

"Düz dörd il əvvəl, 27 sentyabr 2020-ci ildə Qarabağın azadlığı ilə nəticələnəcək tarixi proses başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam edəcək və Azərbaycanın qələbəsi ilə başa çatacaq. O qələbə Qarabağı işğaldan azad etdi, Ana Vətəninə, Azərbaycana qovuşdurdu", - deyə reportajda qeyd olunub.

Ətraflı süjetdə:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma