Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Puqaçova və qızının Rusiyadan qovulması istənilir
---

Puqaçova və qızının Rusiyadan qovulması istənilir

Müdafiə Komitəsi sədrinin birinci müavini və Dövlət Dumasının deputatı Aleksey Juravlev "Life"a müsahibəsində Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayteni ölkədən qovmağa çağırıb.

Axşam.az xəbər verir ki, deputat müğənnilərin Rusiaydakı daşınmaz əmlaklarını sakitcə satmalarından qəzəblənib. Onun sözlərinə görə, Puqaçova və Orbakaytenin Rusiyadakı daşınmaz əmlaklarını satmaq imkanı olmamalıdır. Belə ki, onlar Rusiya büdcəsindən ödənilən konsertlərdən əldə etdikləri milyardlarla rublla həmin mənzilləri alıblar.

Qeyd edək ki, Kristina ailəsi ilə birlikdə uzun müddətdir Amerikada yaşayır. Orbakayte Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarını pisləyənlər arasında yer alıb. Bu hadisədən sonra isə Alla Puqaçova uşaqları və əri, teleaparıcı Maksim Qalkinlə birlikdə Rusiyanı tərk edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma