Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Trampdan İranla bağlı iddia: "Həyatıma təhlükə var"
---

Trampdan İranla bağlı iddia: "Həyatıma təhlükə var"

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp İranın onun həyatı üçün təhlükə yaratdığını iddia edib.

Oxu.Az-ın xəbərinə görə, o bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu müşahidə edir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək", - deyə Tramp bildirib.

O əlavə edib ki, o, heç vaxt olmadığı qədər çox insan və silahla əhatə olunub.

Tramp, həmçinin özünün mühafizəsi üçün Məxfi Xidmətə əlavə vəsaiti təsdiqlədiyinə görə ABŞ Konqresinə təşəkkür edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma