Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
---

Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı

Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

Siyəzən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu M.Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb.

Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

Müraciətlə bağlı araşdırma aparılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma