Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətDigərKinolar
Trendx » Hadisə » Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Hadisə

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.


BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma