Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İsrail ordusu Cenində HƏMAS-ın iki yüksək rütbəli üzvünü öldürdüyünü bildirib
---

İsrail ordusu Cenində HƏMAS-ın iki yüksək rütbəli üzvünü öldürdüyünü bildirib

İsrailin Müdafiə Qüvvələri Baş Təhlükəsizlik Xidməti ilə birlikdə İordan çayının qərb sahilinin Cenin şəhərində Fələstinin HƏMAS hərəkatının iki yüksək rütbəli üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

"Cenində HƏMAS-ın iki yüksək rütbəli terrorçusu məhv edilib", - xəbərdə qeyd olunur. Onların İordaniya vadisində atışmanın planlaşdırılmasında iştirak etdikləri vurğulanıb.

Mətbuat xidmətinin məlumatına görə, zərərsizləşdirilmiş HƏMAS üzvlərindən biri terror aktlarında iştirakda ittiham edilib. O, partlayıcı qurğuların istehsalı ilə məşğul olub. Fələstin hərəkatının digər üzvü HƏMAS-ın hərbi infrastrukturuna cavabdeh imiş.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma